Azərbaycanlılar vizasız neçə ölkəyə səfər edə bilərlər?


Digərləri 02 Dek 2018 11:18:00 240 0

Azərbaycanlılar vizasız neçə ölkəyə səfər edə bilərlər?

"Passport Index" araşdırma portalı sahiblərinin viza olmadan neçə ölkəyə ziyarət edə biləcəkləri əsasında pasport reytinqini dərc edib.

Son.az oxu.az-a istinadən bildirir ki, Azərbaycan pasportu 2018-ci ilin noyabr ayı üçün olan reytinqdə 61-ci yeri tutub (71 ölkə).

Pasportun nüfuzu sahibinin vizasız səfər edə biləcəyi (və ya sərhəddə viza ala biləcəyi) ölkələrin sayı ilə qiymətləndirilir.

Belə ki, reytinqə əsasən, Azərbaycan vətəndaşları 34 ölkəyə vizasız gedə bilərlər. Daha 37 ölkədə isə Azərbaycan vətəndaşlarına viza sərhəddə verilir. 127 ölkəyə səyahət zamanı isə azərbaycanlılar viza almalıdırlar.