Tramp və Ərdoğan Suriyadakı vəziyyəti də müzakirə etdilər


Dünya 02 Dek 2018 09:39:00 259 0

Tramp və Ərdoğan Suriyadakı vəziyyəti də müzakirə etdilər

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Argentinada G20 sammiti çərçivəsində amerikalı həmkarı Donald Trampla görüş zamanı Suriyanın Mənbic şəhərində yaranmış vəziyyəti müzakirə edib.

Son.az bildirir ki, bu barədə NTV məlumat yayıb.

"ABŞ və Türkiyə münasibətləri strateji xarakter daşıyır. Bugünkü görüşdə biz Trampla Suriyanın şimalında yaranmş vəziyyəti müzakirə etdik, amma gündəlikdə Mənbic başlıca yer tuturdu", - deyə Türkiyə lideri bildirib.