Corc Buş Texasda dəfn ediləcək


Dünya 02 Dek 2018 09:14:00 307 0

Corc Buş Texasda dəfn ediləcək

ABŞ-ın 41-ci prezidenti Corc Buş (ata) Texasda, Kollec-Steyşen şəhər universitetinin onun adını daşıyan prezident kitabxanasının ərazisində dəfn ediləcək.

Son.az Report-a istinadən xəbər verir ki, bu barədə universitetin saytında məlumat verilib.

Qeyd edilir ki, sabiq dövlət başçısı ailə üzvlərinin - 7 ay əvvəl vəfat etmiş xanımı Barbaranın və 1953-cü ildə 3 yaşında dünyasını dəyişmiş qızı Robinin məzarlarının yanında torpağa tapşırılacaq. Universitetin tələbələri, müəllimləri və əməkdaşları matəm mərasimini izləyə biləcəklər. Lakin mərasim geniş ictimaiyyətə qapalı olacaq. Universitetin bütün binaları həmin gün bağlı olacaq.