Ötən günlər yağan intensiv yağışlar nəticəsində çaylarda suyun səviyyəsi artıb


Digərləri 02 Dek 2018 08:55:00 351 0

Ötən günlər yağan intensiv yağışlar nəticəsində çaylarda suyun səviyyəsi artıb

Çaylarda sululuq səviyyəsi dəyişib. Belə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, ötən günlər ərzində bəzi yerlərdə yağan intensiv yağış nəticəsində Respublikanın xüsəsən Lənkərən-Astara bölgəsi çaylarında sululuğun artımı müşahidə olunub. Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 80-90, Kiçik Qafqazın çaylarında 100-180, Lənkəran-Astara bölgəsi çaylarında isə orta hesabla 300-500 faizini təşkil edib.

Tranzit çaylarda son vəziyyətə gəlincə, noyabrın 30-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 7 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 208 m3/s olmaqla ongünlük normanın 112 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 175 m3/s olmaqla ongünlük normanın 95 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Məntəqədə su sərfi 106 m3/s olmaqla, ongünlük normanın 294 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 36 m3/s təşkil edərək ongünlük normanın 45 faizinə bərabər olub.