Mehriban Əliyevanın Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilməsi ilə bu idman növü öz layiqli inkişaf səviyyəsinə çatdı Azad Rəhimov FOTO


Digərləri 02 Dek 2018 08:40:00 401 0

Mehriban Əliyevanın Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilməsi ilə bu idman növü öz layiqli inkişaf səviyyəsinə çatdı  Azad Rəhimov  FOTO

Mehriban Əliyevanın Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilməsi ilə bu idman növü öz layiqli inkişaf səviyyəsinə çatdı.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Bakıda keçirilən Beynəlxalq Gimnastika Federasiyasının (FIG) 82-ci Konqresində çıxışı zamanı Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov deyib.

Nazir Konqres iştirakçılarını Bakıda salamlamaqdan məmnun olduğunu bildirib: "Dünyada bu cür yüksək səviyyəli tədbirin Azərbaycan paytaxtında keçirilməsi təsadüfi deyil. Bakı qlobal nüfuzlu tədbirlərin keçirildiyi məkana çevrilib. Bildiyiniz kimi, biz 2015-ci ildə İlk Avropa Oyunlarını, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarını, Dünya Şahmat Olimpiadasını, Formula 1 Qran Prisini, Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin XX Qlobal Forumunu, eləcə də ötən ay Dünya Antidopinq Agentliyinin (WADA) Təsisçilər Şurası və İcraiyyə Komitəsinin iclaslarını və digər mühüm beynəlxalq tədbirləri təşkil etmişik. Bakının bu Konqresin keçirildiyi məkan kimi seçilməsi böyük fəxrdir".

O, 2002-ci ildə Mehriban Əliyevanın Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçildiyini vurğulayıb:

"Bu, gözəl idman növü olan gimnastikanın ölkəmizdə inkişafına böyük təkan verdi və bu idman növü öz layiqli inkişaf səviyyəsinə çatdı. Federasiyanın aktiv fəaliyyəti nəticəsində gimnastikaya insanların böyük marağını cəlb etmək mümkün oldu, yeni infrastruktur yaradıldı və uğurlu kadr islahatları aparıldı".


Xəbərə aid fotolar