Mehriban Əliyevanın Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilməsi ilə bu idman növü öz layiqli inkişaf səviyyəsinə çatdı – Azad Rəhimov (FOTO)


Digərləri 02 Dek 2018 08:39:00 251 0

Mehriban Əliyevanın Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilməsi ilə bu idman növü öz layiqli inkişaf səviyyəsinə çatdı – Azad Rəhimov (FOTO)

Mehriban Əliyevanın Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilməsi ilə bu idman növü öz layiqli inkişaf səviyyəsinə çatdı.

Bakı. Elçin Mehdiyev - Mehriban Əliyevanın Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilməsi ilə bu idman növü öz layiqli inkişaf səviyyəsinə çatdı. Trend-in məlumatına görə, bunu Bakıda keçirilən Beynəlxalq Gimnastika Federasiyasının (FIG) 82-ci Konqresində çıxışı zamanı Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov deyib. Nazir Konqres iştirakçılarını Bakıda salamlamaqdan məmnun olduğunu bildirib: "Dünyada bu cür yüksək səviyyəli tədbirin Azərbaycan paytaxtında keçirilməsi təsadüfi deyil. Bakı qlobal nüfuzlu tədbirlərin keçirildiyi məkana çevrilib. Bildiyiniz kimi, biz 2015-ci ildə İlk Avropa Oyunlarını, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarını, Dünya Şahmat Olimpiadasını, Formula 1 Qran Prisini, Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin XX Qlobal Forumunu, eləcə də ötən ay Dünya Antidopinq Agentliyinin (WADA) Təsisçilər Şurası və İcraiyyə Komitəsinin iclaslarını və digər mühüm beynəlxalq tədbirləri təşkil etmişik. Bakının bu Konqresin keçirildiyi məkan kimi seçilməsi böyük fəxrdir". O, 2002-ci ildə Mehriban Əliyevanın Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçildiyini vurğulayıb: