Ərdoğan Trampla görüşdə nəyi müzakirə edib?


Dünya 02 Dek 2018 08:04:00 247 0

Ərdoğan Trampla görüşdə nəyi müzakirə edib?

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Trampla görüşdə Suriyadakı vəziyyəti müzakirə edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiəy prezidenti G20 sammitinin yekunları üzrə mətbuat konfransında bildirib.

T.Ərdoğan deyib: "Bilirsiniz ki, ABŞ və Türkiyə arasında münasibətlər strateji tərəfdaşlıq üzərində qurulur. Biz strateji tərəfdaşlar kimi Suriyanın şimalında baş verən prosesləri qiymətləndirə bildik. Biz Manbic və İdlibdəki vəziyyəti müzakirə etdik".