Bakıda ilk dəfə olaraq Beynəlxalq Gimnastika Federasiyasının Konqresi keçirilir


Digərləri 02 Dek 2018 08:00:00 229 0

Bakıda ilk dəfə olaraq Beynəlxalq Gimnastika Federasiyasının Konqresi keçirilir

Bakıda ilk dəfə olaraq Beynəlxalq Gimnastika Federasiyasının Konqresi keçirilir.

Bakı. Elçin Mehdiyev - Bakıda ilk dəfə olaraq Beynəlxalq Gimnastika Federasiyasının (FIG) Konqresi keçirilir. Trend-in məlumatına görə, FIG-in Nizamnaməsinə əsasən, ən yüksək ali orqan sayılan konqresdə 115-dən çox ölkədən ümumilikdə 300-ə yaxın nümayəndə iştirak edir. Budəfəki – 82-ci Konqresdə FIG-in prezidenti və texniki əlaqələndiricisinin, həmçinin ali qurumun hər bir gimnastika növü üzrə Texniki Komitələrinin prezidentlərinin hesabatları dinləniləcək. Daha sonra Beynəlxalq Gimnastika Federasiyasına daxil olan qitə ittifaqlarının rəhbərləri hesabatla çıxış edəcək, habelə qurumun rüblük maliyyə planı təsdiqlənəcək. Bundan başqa, FIG-ə yeni üzvlərin qəbulu, həmçinin hər hansı bir federasiyanın qurumdan xaric edilməsi məsələsi müzakirə ediləcək və növbəti Konqresin keçirilmə yeri müəyyən olunacaq.