Fermer orta əsrlərə aid tikili aşkar edib


Digərləri 02 Dek 2018 07:11:00 265 0

Fermer orta əsrlərə aid tikili aşkar edib

İordaniyalı fermer Fayiz Ravaşdeh paytaxt Əmmanın 220 kilometr cənubunda yerləşən Şobak qədim qəsrinin ətrafındakı torpaq sahəsində işlədiyi vaxt orta əsrlərə aid tikili tapıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, fermer Əyyubilər-Məmlüklər dövrünə aid (1170-1516-cı illər) qədim tikili aşkar edib. Krallığın Qədim Abidələr Departamentinin Maan bölməsinin müdiri Əşrəf Rauş bildirib ki, tapılmış tikili nadir tarixi abidədir. Günümüzədək yaxşı qalan bu binanın bir neçə tağı, mərkəzində fəvvarə olan həyəti, mozaika ilə bəzədilmiş döşəməsi və hamam otağı var.