İlahi şuhudun ən yüksək səviyyəsi


Digərləri 01 Dek 2018 22:20:00 195 0

İlahi şuhudun ən yüksək səviyyəsi

Allahın müqəddəs zatını insan gözü ilə görmək mümkün deyildir. Həmçinin səs və xüsusi ahəngi yoxdur ki, onu qulaqla eşitmək olsun. O, maddi deyildir, xalis mücərrəddir.

İnsan ancaq qəlb gözü ilə Allahı görüb dərk edə bilər. Yəni, insan ancaq şuhud yolu ilə Allahla rabitə qurub, Onunla ünsiyyət saxlaya bilər, Onu müşahidə edə bilər.

Son.az deyerler.org-a istinadən bildirir ki, lakin mühüm olan budur ki, şuhud qüvvəsi güclü olmalıdır. Hər nə qədər bu qüvvə güclü olarsa, insan Allahı daha çox müşahidə edib, dərk edə bilər. Əgər zəif olarsa, zəif dərk edər.

Əgər tarixən şuhud səviyyələrini qiymətləndirsək, görərik ki, Əhli-Beyt (ə) bu sahədə ən güclüdür. Çünki Quran bütün bu kitabların məcmuəsi və onlardan daha üstündür. Əhli-Beyt (ə) də Quranın eynisi olduğu üçün, ən güclü şuhud dərəcəsinə malikdirlər.

Belə bir bürhanla demək olar ki, Əhli-Beytin (ə) məqamı tarix boyu ən yüksəkdir.