Gəncədə qadın xəstəxanada ölüb


Digərləri 01 Dek 2018 19:58:00 248 0

Gəncədə qadın xəstəxanada ölüb

Gəncədə avtomobil qəzasında xəsarət alan qadın yerləşdirildiyi xəstəxanada ölüb.

Son.az "Report"a istinadən bildirir ki, şəhərin Şah İsmayıl Xətai prospektində hərəkətdə olan "BMW", "Mercedes" və iki "VAZ" markalı avtomobillər toqquşub. Qəza zamanı Gəncə sakini, 1957-ci il təvəllüdlü Süleymanova Solmaz Cəfər qızı ağır dərəcəli bədən xəsarətləri alıb. Yaralı Gəncə şəhərində yerləşən özəl xəstəxanaların birinə yerləşdirilib. Lakin göstərilən tibbi yardıma baxmayaraq, qadının həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.