Torpaq sahəsindən istifadə ilə bağlı


Digərləri 01 Dek 2018 19:31:00 232 0

Torpaq sahəsindən istifadə ilə bağlı

Nazirlər Kabineti "Torpaq sahəsindən istifadənin iqtisadi əsaslandırılmasının Forması"nı təsdiq edib.

Son.az fed.az-a istinadən bildirir ki, bu qərar "Torpaq icarəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" qanunun tətbiqi haqqında" Azərbaycan Prezidentinin 2018-ci il 11 iyun tarixli 138 nömrəli Fərmanının 1.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə verilib.

Bu Qərarda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş "İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə"nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.  

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 30 noyabr tarixli 512 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

Torpaq sahəsindən istifadənin iqtisadi əsaslandırılmasının

(icarəyə götürülməsi nəzərdə tutulan dövlət mülkiyyətində

olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi barədə)

F O R M A S I

1. İqtisadi əsaslandırılmanı təqdim edən subyekt barədə məlumat

1.1. Hüquqi statusu (fiziki və ya hüquqi şəxs) __________________

1.1.1. hüquqi şəxsin tam adı, hüquqi və faktiki ünvanı, əlaqə vasitəsi

______________________________________________________

1.1.2. fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, əlaqə vasitəsi ______________________________________________________

1.2. Nəzərdə tutulan təsərrüfat fəaliyyəti üzrə mövcud maddi və texniki imkanları _________________________________________

2. İcarəyə götürülməsi nəzərdə tutulan dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi barədə məlumat

2.1. Torpaq sahəsinin yerləşdiyi ərazi (inzibati ərazi vahidi)________ ______________________________________________________

2.2. Kənd təsərrüfatı yeri (uqodiya) __________________________

2.3. Torpaq sahəsinin ölçüsü (hektar) ________________________

2.4. İcarə müddəti (il)_____________________________________

2.5. Torpaq sahəsinin faktiki istifadə vəziyyəti (istifadəsiz və ya qanuni istifadədə olması)__________________________________

2.6. Otlaq (örüş) sahəsinin tutumunun heyvanların baş sayına uyğunluğu  _____________________________________________

2.7. Torpaq sahəsinin su ilə təmin olunma vəziyyəti _____________

______________________________________________________