Paşinyanın arvadı Köçəryana cavab verdi:


Dünya 01 Dek 2018 18:51:00 570 0

Paşinyanın arvadı Köçəryana cavab verdi:

Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyanın arvadı Anna Akopyanın rəhbərlik etdiyi "Aykakan Jamanak" nəşri Robert Köçəryanın oğlu Levon Köçəryanın nəşrin "saxta informasiya" yayması ilə bağlı iddialarına cavab verib.

Son.az Axar.az-a istinadən xəbər verir ki, nəşr sabiq prezidentin hər iki oğlunun İrəvanda xidmət keçdiyini və hərbi hissədə gecələmədiyi iddiasını bir daha vurğulayıb.

"Paşinyan Köçəryanın oğullarının xidmətdə olmadığını deməyib. O, sadəcə, oğlu Qarabağda xidmətdə olan yeganə rəhbər olduğunu bildirib. Onlar hərbi qulluqçu kimi Qarabağda bir gün belə keçirməyiblər. Yeri gəlmişkən, bəzi məlumatlara görə, xidmətin sona çatmasından dərhal, ya da çox qısa müddət sonra onların hesabında 10 milyon dollar və daha çox vəsait olub", - nəşr yazıb.