Ticarətçilər üçün sadələşdirilmiş vergi ləğv olundu


Digərləri 01 Dek 2018 18:50:00 247 0

Ticarətçilər üçün sadələşdirilmiş vergi ləğv olundu

Ticarət fəaliyyəti ilə məşğul olanlar üçün sadələşdirilmiş vergi ləğv olundu. 

Son.az oxu.az-a istinadən xəbər verir ki, 2019-cu il yanvarın 1-dən etibarən bu sektor ƏDV və gəlir vergisi ödəyicisi kimi fəaliyyət göstərəcək. 

Kafe, restoran və klubların da daxil olduğu ictimai iaşə fəaliyyəti üzrə 8%-lik sadələşdrilimiş vergi dərəcəsi isə saxlanıldı.

Qeyd edək ki, digər dəyişikliyə əsasən, sadələşdirilmiş vergi (məcəllənin 218.4-cü maddəsində nəzərdə tutulmuş fəaliyyətlə məşğul olan və 218.1.2-ci maddəsində göstərilən vergi ödəyiciləri istisna olmaqla) təqdim edilmiş mallara bu verginin ödəyicilərinin malların təqdim edilməsindən, işlərin görülməsindən, xidmətlərin göstərilməsindən əldə etdiyi vəsaitin məbləğindən (ümumi hasilatının həcmindən) və satışdankənar gəlirlərdən 2% dərəcə ilə hesablanacaq.