Bakı sakini tapdığı qumbaranı polisə təhvil verdi


Digərləri 01 Dek 2018 18:14:00 238 0

Bakı sakini tapdığı qumbaranı polisə təhvil verdi

Bakı sakini tapdığı "Mils N36" markalı qumbaranı polisə təhvil verib.

Son.az Report-a istinadən xəbər verir ki, məlumatı Daxili İşlər Nazirliyinin saytı yayıb.  

Bildirilib ki, polis əməkdaşlarının apardıqları profilaktik tədbirlər nəticəsində Bakı şəhər sakini Ş.Hüseynov tapdığı "Mils N36" markalı qumbaranı Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinə təhvil verib. 

Son.az