Ağacın altında qalan məktəbli qız ağır xəsrət aldı


Digərləri 01 Dek 2018 16:57:00 281 0

Ağacın altında qalan məktəbli qız ağır xəsrət aldı

Sumqayıtda əsən güclü külək ağacı məktəblinin üzərinə aşırıb.

Son.az Report-a istinadən bildirir ki, hadisə şəhərin Katec qəsəbəsində qeydə alınıb.

Belə ki, qəsəbə sakini, 2007-ci il təvəllüdlü Aysun Məcidova təhsil aldığı 9 saylı tam orta məktəbdən evə qayıdarkən güclü külək nəticəsində üzərinə ağac aşıb. O, xəsarət alıb.

A.Məcidova Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirirlər. 

Son.az 


Xəbərə aid fotolar