Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampa və Corc Buşa başsağlığı verib


Digərləri 01 Dek 2018 14:06:00 212 0

Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampa və Corc Buşa başsağlığı verib

Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampa və Corc Buşa başsağlığı verib.

Bakı. Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa başsağlığı verib. Başsağlığında deyilir: "Hörmətli cənab Prezident, Amerika Birləşmiş Ştatlarının 41-ci Prezidenti, görkəmli dövlət xadimi Corc Herbert Uoker Buşun vəfatı xəbəri məni olduqca kədərləndirdi. Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə və bütün Amerika xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm". Dövlətimizin başçısı Amerika Birləşmiş Ştatlarının 43-cü Prezidenti Corc Uoker Buşa da başsağlığı verib. Başsağlığında bildirilir: "Zati-aliləri, atanız - Amerika Birləşmiş Ştatlarının 41-ci Prezidenti, görkəmli dövlət xadimi Corc Herbert Uoker Buşun vəfatı xəbərindən son dərəcə kədərləndim. Bu ağır anlarda dərdinizi bölüşür, əvəzsiz itki ilə əlaqədar Sizə, ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı verirəm". Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin