Azərbaycanda ana ölümlərinin əsas səbəbi açıqlandı


Digərləri 01 Dek 2018 13:14:00 254 0

Azərbaycanda ana ölümlərinin əsas səbəbi açıqlandı

2017-ci il ərzində Azərbaycanda 21 ana ölümü hadisəsi baş verib.

Son.az bildirir ki, bu barədə oxu.az-a açıqlamasında Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının sədri, baş mama-ginekoloq Sevinc Məmmədova deyib.

Onun sözlərinə görə, ana ölümlərinin əsas səbəblərdən biri daxili qanaxmalar, preeklampsiya və onun fəsadlaşmaları olub. 

"Hamilələr sosial-bioloji (ananın yaşı 18-dən aşağı, 40-dan yuxarı, atanın yaşı 40-dan yuxarı, bədən çəkisinin artıq olması, zərərli vərdişlər),  mama-ginekolojı anamnezinə görə, yəni doğuşların sayı dörd və artıq, təkrarı abortlar, sonsuzluq, induksiya olunmuş hamiləlik, inkişafdan qalmış hamiləlik, qeysəriyyə kəsiyi əməliyyatı olan hamilələr, ailədə genetik xəstəliyi olan hamilələr, rezus-konflikti olan hamilələr risk qrupuna aiddir. Bu da ana ölümlərinin başverməsinə səbəb ola bilər".