Nadir: “Elza erməni qızı deyil. Utanın!”


Şou-biznes 01 Dek 2018 09:49:00 324 0

Nadir: “Elza erməni qızı deyil. Utanın!”

Müğənni Nadir Qafarzadə əməkdar artist Elza Seyidcahanla Kərim Abbasov arasında davam edən qalmaqala əsəbiləşib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, Nadir sosial şəbəkələrdə Elzanın əleyhinə yazılanlarla, söyüş və təhqirlərlə razılaşmayaraq, iki məşhurun mübahisəsini daha da qızışdıranları tənqid edib. O, İnstaqramda video paylaşaraq bunları deyib:

"Bəzi İnstaqram paylaşımlarını gördüm. Qadınlı, "kişili" hər kəs Elza xanımın üstünə gedir. Utanın! Elza erməni qızı deyil, öz xalqımızın qızıdır. Heç olmasa, ondan utanın. Elza ilə Kərim öz davalarını özləri bilərdi. Sizə nə düşüb ortaya təhqirlər, söyüşlər yazırsız?  Mədəniyyətiniz olsun, ayıbdır! Bir qadının, ananın üstünə bu qədər getmək olarmı?! Ayıb deyilmi?! Düşmənə nə deyək biz?! Şükür edək? Düşməndən betərsiz. Bir insan olaraq mənim əsəblərimə toxunur. Mən səhərdən yazılanları oxuyuram. Qadınlar yazır, sizə nə düşüb, ay "kişilər", ay qeybətcillər?! Ən azından, Azərbaycan qadınına söyüş yazırsız. Utanın!".