Donald Tramp rusiyalı həmkarı ilə VAXTI GƏLƏNDƏ görüşəcəyini deyib


Dünya 01 Dek 2018 09:29:00 253 0

Donald Tramp rusiyalı həmkarı ilə VAXTI GƏLƏNDƏ görüşəcəyini deyib

ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə yaxşı münasibətlərinin olduğunu və iki ölkə başçısı arasında görüşün reallaşacağına əminliyini bildirib.

Son.az Report-a istinadən xəbər verir ki, o bu barədə cümə günü "Amerikanın səsi" radiosuna müsahibəsində danışıb.

"Onunla (Putinlə) görüşəcəyəm. Düşünürəm ki, bizim çox yaxşı əlaqələrimiz var. Fikrimcə Rusiya, Çin və digər ölkələrlə çox yaxşı münasibətlərimiz olacaq", - deyə Tramp Rusiya lideri ilə görüş barədə suala cavab verərkən bildirib.