Alyaskada güclü zəlzələ dağıntılara səbəb olub VİDEO


Dünya 01 Dek 2018 08:58:00 191 0

Alyaskada güclü zəlzələ dağıntılara səbəb olub  VİDEO

ABŞ-ın Alyaska ştatının Ankoric şəhərində 7,1 maqnituda gücündə zəlzələ baş verib.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, Kenay yarımadası və Kuk körfəzinə yaxın ərazilərdə sunami təhlükəsi elan olunub. Yerli sakinlərdən baş verə biləcək sunaminin nəticələrindən qorunmaq üçün evləri tərk edərək daha hündür yerlərdə mövqe tutmaları xahiş olunub.

Ştat qubernatoru Bill Uoker "Twitter" mikrobloqunda Alyaskada fövqəladə vəziyyət elan etdiyini yazıb:

"Güclü bir zəlzələdən sonra təbii fəlakətin olduğu açıqladı. Mən Ağ evlə birbaşa əlaqədəym".