Güclü külək Zaqatalada işıq dirəklərini aşırdıb VİDEO FOTO


Digərləri 01 Dek 2018 07:55:00 279 0

Güclü külək Zaqatalada işıq dirəklərini aşırdıb  VİDEO  FOTO

Bir neçə gündür ölkə ərazisində əsən güclü külək Zaqatala rayonunda fəsadlar törədib.

Son.az "Report"a istinadən bildirir ki, külək rayonun Yolayrıcı kəndində işıq dirəklərini aşırdıb və naqillər qırılıb. Nəticədə kəndə verilən elektrik enerjisi kəsilib.

Yerli sakinlər bu barədə aidiyyəti qurumlara məlumat verildiyini bildiriblər.


Xəbərə aid video


Xəbərə aid fotolar