Ayaqyolu üzü qibləyə sarı tikilmişsə, nə etmək olar?


Digərləri 01 Dek 2018 07:31:00 279 0

Ayaqyolu üzü qibləyə sarı tikilmişsə, nə etmək olar?

Qiblə müsəlmanlar üçün müqəddəsdir. Müsəlmanlar həyatları boyunca qiblənin müqəddəsliyini qorumuşlar və bu gün də qorumaqdadırlar. Müqəddəs və şərəfli işlər (o cümlədən namaz da) üzü qiblyə yerinə yetirilir. Əksinə, çirkin işlər qiblə istiqamətində durmadan edilsə daha yaxşıdır. O cümlədən, ayaqyolunu tikərkən də bəzi qaydalara əməl etmək məsləhətdir. Ayaqyolunda üzü və arxası qibləyə sarı olmaq bəyənilmir. Müsəlmanlar imkan daxilində bu qaydaya riayət etməlidirlər. Hökumət binalarında yaşayanlar da, əgər ayaqyolu üzü ya arxası qibləyə tikilmişsə, içəridə kiçik dəyişiklik edərək (unitazın istiqamətini dəyişməklə), bunu aradan qaldıra bilərlər.