Piyadanı maşın vurub


Digərləri 30 Noy 2018 22:52:00 481 0

Piyadanı maşın vurub

Bu gün axşam saatlarında Qax rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Son.az "report"-a istinadən bildirir ki, 1963-cü il təvəllüdlü Ləkit kənd sakini Aslanov Xalid Hacıbaba oğlu Qax şəhərinin girişində yolu keçmək istəyərkən minik avtomobili tərəfindən vurulub.

Qəzadan sonra müxtəlif dərəcəli bədən xəsarətləri alan X.Aslanov Qax Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Xəstəxanadan bildirilib ki, onun müalicəsi xəstəxananın Reanimasiya şöbəsində aparılır, vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.