Autoimmun reaksiyalarla bağlı problemlər piylənmənin nəticəsi ola bilər


Digərləri 30 Noy 2018 21:36:00 258 0

Autoimmun reaksiyalarla bağlı problemlər piylənmənin nəticəsi ola bilər

Uşaqlarda artıq çəkinin olması astma da daxil olmaqla, autoimmun xəstəliklərinin inkişaf riskini artırır. Nəzəriyyələrdən birinə görə, astmanın inkişafı uşaqların bakteriyalarla, göbələklərlə, müxtəlif patogenlərlə az təmasda olması halında baş verir. Sterillik onun orqanizmini bu cür təmasa hazırlamır və ona adekvat reaksiya göstərməyi öyrətmir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, digər nəzəriyyə piylənmə və maddələr mübadiləsində, siqnal molekullarının işində müxtəlif pozulmalarla bağlı olan xroniki iltihabın əsas rol oynamasının təsdiqinə əsaslanır. Son tədqiqat çərçivəsində alimlər 2-17 yaşadək 500 mindən çox uşağın məlumatlarını araşdırıblar. Onların təxminən 40 mini astmanın müxtəlif növlərindən, 100 mini isə piylənmədən əziyyət çəkiblər. Mütəxəssislər bu amillər arasında müəyyən qanunauyğunluq aşkar ediblər.