Azərbaycanın ən gözəl qızı düzgün seçilməyib?


Digərləri 30 Noy 2018 20:28:00 487 0

Azərbaycanın ən gözəl qızı düzgün seçilməyib?

28 noyabrda "Best Model of Azerbaijan" yarışının finalı keçirilib.

Əməkdar artist Tünzalə Ağayevanın sədri olduğu münsiflər heyəti xanım iştirakçılardan Aygül Səfərovanı qalib elan etsə də, məlum olub ki, o, İstanbulda keçiriləcək "Best Model of World" yarışmasında iştirak etməyəcək. 

Son.az xəbər verir ki, oxu.az bu münasibətlə layihənin direktoru Aqil Məmiyevlə əlaqə saxlayıb:

- "Best Model of World" yarışmasına kimin gedəcəyinə qərar verilibmi?

- İkinci yerə çıxan qız Cəmilə Qoluboviç hazırda xaricdədir. O gedə bilsə, İstanbulda Azərbaycanı o təmsil edəcək. Alınmasa, digər favorit xanım iştirakçılardan birinə üstünlük veriləcək. Yarışmanın prezidenti Ərkan Özərmana digər favoritləri göndərəcəyəm. O, özü qərar verəcək. Bizim seçimlərdə şəffaflıq olmadı. Mən də münsiflər heyətinin qərarını pozmaq istəmədim.

- Şəffaflıq nə baxımından olmadı?

- Xanım iştirakçı öncədən deməli idi ki, gedə bilməyəcək, ailəsində problem var. Bununla da digərlərinin haqqına girmiş oldu. Amma münsiflər tərəfindən o, qalib seçiləndə mən buna etiraz etdim...

- Məgər siz həmin vaxt bilirdiniz ki, o, xaricdə bizi təmsil etməyəcək və siz etiraz edirdiniz...

- Yox, o baxımdan etiraz etdim ki, bu, boy yarışması deyil. Ona görə də biz başqa iştirakçılara da baxa bilərik. Bu xanımın bədən quruluşu idmançılarınkı kimidir. Düzdür, layihənin direktoru kimi nəticəni ləğv edə bilərdim. Amma münsiflərə hörmət əlaməti olaraq bunu etmədim. Ərkan Özərmanla danışdım, o dedi ki, favorit iştirakçıların şəkillərini göndər, mən qərar verəcəyəm.

- Bu xanımda gözəllik necə idi?

- Deməzdim ki, gözəl deyildi. Hərə özünə görə gözəldir. Sadəcə olaraq, çəkdirdiyi şəkillər peşəkar deyildi. Sadə şəkilləri vardı. Çox gözəl insandır. Tez-tez yazışırdıq. Yarışmaya beş gün qalmış çıxmaq istəyirdi, mən onu qaytarmışdım. Amma o, mənim favoritim deyildi.

- Münsiflər heyətini siz müəyyənləşdirmirsiniz?

- Əlbəttə ki, mən...

- Münsiflər heyətini də müəyyənləşdirəndə hansı şərtlərin, hansı kriteriyaların daha üstün götürüldüyünü izah etmirsiniz onlara?


Xəbərə aid fotolar