FIG İdmançılar komissiyasının sədri: "Azərbaycan Gimnastika Federasiyası digər ölkələr üçün nümunədir"


Digərləri 30 Noy 2018 16:57:00 290 0

FIG İdmançılar komissiyasının sədri: "Azərbaycan Gimnastika Federasiyası digər ölkələr üçün nümunədir"

"Azərbaycan Gimnastika Federasiyası digər ölkələr üçün nümunədir".

Son.az xəbər verir ki, bunu Trend-ə Beynəlxalq Gimnastika Federasiyasının (FIG) İdmançılar komissiyasının sədri, bədii gimnastika üzrə Belarus milli komandasının böyük məşqçisi Lyubov Çerkaşina Bakıda FIG İcraiyyə Komitəsinin iclası çərçivəsində deyib.

L.Çerkaşina bildirib ki, istənilən idman növünü inkişaf etdirmək üçün məhz Azərbaycan Gimnastika Federasiyası (AGF) kimi hərəkət etmək lazımdır.

Bakının beynəlxalq gimnastika və ümumilikdə idman üçün əhəmiyyətindən danışan L.Çerkaşina deyib ki, Bakı hələ 2015-ci il Avropa Oyunlarının keçirilməsinə qədər öz sözünü deyib:

"Hamı başa düşür ki, Bakıda keçirilən istənilən yarış ən yüksək səviyyədə təşkil olunacaq, ona görə də məmnuniyyətlə buraya gəlir. Bütün bunlar dövlət dəstəyi ilə keçirilir və dövlət hər zaman əlindən gələni edir".

Baş məşqçi qeyd edib ki, Bakı dünya idmanında liderlərdən biridir.