BDU-da Azərbaycan-Koreya İnformasiya Təminatı Mərkəzi yenidənqurmadan sonra istifadəyə verilib (FOTO)


Digərləri 30 Noy 2018 16:46:14 250 0

BDU-da Azərbaycan-Koreya İnformasiya Təminatı Mərkəzi yenidənqurmadan sonra istifadəyə verilib (FOTO)

Bakı Dövlət Universitetində (BDU) Azərbaycan-Koreya İnformasiya Təminatı Mərkəzinin yenidənqurmadan sonra açılış mərasimi keçirilib.

Bakı. Bakı Dövlət Universitetində (BDU) Azərbaycan-Koreya İnformasiya Təminatı Mərkəzinin yenidənqurmadan sonra açılış mərasimi keçirilib. Universitetdən Trend-ə verilən məlumata görə, BDU-nun rektor vəzifəsini icra edən, professor İradə Əliyeva qonaqları salamlayıb, mərkəzin 10 illik yubileyi ilə əlaqədar yeni texniki avadanlıqlarla təmin olunmasını yüksək qiymətləndirib. Bildirib ki, 2008-ci ildə Koreyanın Milli İnformasiya Cəmiyyəti Agentliyinin yardımı ilə açılan mərkəz ötən 10 il ərzində tələbə və müəllimlərin İKT sahəsində bilik səviyyələrinin artırılması, elmi işlərə aid hesablamaların yerinə yetirilməsi kimi istiqamətlərdə uğurla fəaliyyət göstərib, universitet əməkdaşlarının Koreyanın müxtəlif ali təhsil müəssisələrində keçirilən konfrans, seminar və treninqlərdə iştirakını təmin edib.