Bakı Ali Neft Məktəbində qiraət müsabiqəsi


Digərləri 30 Noy 2018 16:36:00 229 0

Bakı Ali Neft Məktəbində qiraət müsabiqəsi

Bakı Ali Neft Məktəbinin (BANM) 7 yaşı münasibətilə qiraət müsabiqəsi keçirilib. 

Bu barədə Son.az-a Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. 

"Qəlbim səni seçdi" adlı qiraət müsabiqəsi üçün təşkil edilmiş tədbirdə BANM-ın rektoru Elmar Qasımov, millət vəkilləri Zahid Oruc və Qüdrət Həsənquliyev, Ali Məktəbin professor-müəllim heyəti və tələbələri iştirak ediblər.

Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbiri öz sözlərilə açan BANM-ın rektoru Elmar Qasımov hər kəsi salamlayaraq bildirib ki, Ali Məktəb 29 noyabr 2011-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanı ilə SOCAR-ın strukturunda yaradılıb, 2017-ci ilin mayında isə Prezident İlham Əliyev tərəfindən BANM-ın yeni kampusunun açılışı olub. Rektor həmçinin qeyd edib ki, BANM artıq neçə illərdir Təhsil Nazirliyinin illik hesabatında tələbə qəbulu üzrə ən yüksək orta bala görə reytinq cədvəlində liderdir.

Milli Məclisin deputatları Zahid Oruc və Qüdrət Həsənquliyev tədbirdə çıxış edərək Ali Məktəbin 7 yaşı münasibətilə kollektivi təbrik edib, Azərbaycanda yüksək infrastruktura malik və keyfiyyətli təhsil verən bu cür ali təhsil müəssisəsinin olması ilə fəxr etdiklərini bildiriblər.


Xəbərə aid fotolar