“Microsoft” korporasiyası “Bakutel 2018” sərgisində innovasiya texnologiyalarını təqdim edəcək


Digərləri 30 Noy 2018 16:29:15 199 0

“Microsoft” korporasiyası “Bakutel 2018” sərgisində innovasiya texnologiyalarını təqdim edəcək

“Microsoft” korporasiyası dekabrın 4-dən 7-dək Bakıda keçiriləcək 24-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi və Konfransında (“Bakutel 2017”) bir sıra innovativ texnologiyalar nümayiş etdirəcək.

Bakı. “Microsoft” korporasiyası dekabrın 4-dən 7-dək Bakıda keçiriləcək 24-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi və Konfransında (“Bakutel 2017”) bir sıra innovativ texnologiyalar nümayiş etdirəcək. Korporasiyanın bu tədbirdə iştirakının əsas məqsədi müxtəlif sahələrdə innovasiya texnologiyalarını geniş insan kütləsinə təqdim etməkdir. “Microsoft”un stendində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Tədris Mərkəzi ilə “Microsoft Azerbaijan” şirkəti arasında imzalanmış anlaşma memorandumu çərçivəsində Azərbaycanda ilk dəfə yaradılmış “Əşyaların İnterneti” laboratoriyasının (IoT lab) təqdimatı keçiriləcək. Laboratoriya innovasiya sahəsində ölkədə gənc mütəxəssislərin kadr potensialını artıracaq. Yaradılacaq yeni laboratoriyada innovasiyaları tətbiq edərək istənilən şəxs öz bilik və bacarıqlarını realizə edə biləcək. Onu da qeyd etmək lazımdır ki, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına uyğun hazırlanmış “Microsoft”un Azərbaycan üzrə Milli Planının əsas komponentlərinə innovasiya sektorunun inkişafı, təşkilatların iqtisadi effektivliyini artırılması və təhsil sisteminin modifikasiyası daxildir. Bundan başqa, stenddə “Microsoft” korporasiyasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə əməkdaşlığının nəticələri, həmçinin, Azərbaycanın dövlət təşkilatlarını lisenziyalı proqram təminatı ilə təmin etmək məqsədilə Nazirlik və “Microsoft” arasında bu yay imzalanmış saziş çərçivəsində cari fəaliyyəti əks olunacaq. Tərəflər arasında əldə olunan razılığa əsasən, dövlət qulluqçularının kompüterlərini "Microsoft" proqram təminatı lisenziyaları ilə təmin etmək, habelə ali təhsil müəssisələrini akademik güzəşt ilə lisenziyalaşdırmaq nəzərdə tutulub. Sənəd 3-iilik müddəti əhatə edir və “Microsoft”un Azərbaycanın dövlət strukturları ilə sıx əlaqəni nəzərdə tutur.