“Bilik əsaslı iqtisadiyyata keçid potensial imkanlar” mövzusunda forum keçirildi


Digərləri 30 Noy 2018 16:20:00 247 0

“Bilik əsaslı iqtisadiyyata keçid potensial imkanlar” mövzusunda forum keçirildi

Ötən gün respublikamızda təhsilin inkişafına xüsusi önəm verən "Bank Respublika"nın maliyyə dəstəyi, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) "Yüksək Texnologiyalar Parkı" tərəfdaşlığı ilə UNEC-də "Bilik əsaslı iqtisadiyyata keçid: potensial imkanlar" mövzusunda forum keçirilib.

Forumun keçirilməsində əsas məqsəd inkişaf etmiş ölkələrdə uğurla həyata keçirilən Universitet-Dövlət-Sənaye (U-D-S) üçbucağının effektiv işləməsində fundamental əsaslar olan institusional amillər, təhsil, innovasiya ekosistemi, İKT və biznes sahəsinin rolunun və bununla bağlı görülə biləcək işlər haqda fikir mübadiləsi aparmaq olub.

"Bank Respublika"nın dəstəyi ilə təşkil olunan forumda UNEC rektoru, professor Ədalət Muradov açılış nitqi ilə çıxış edərək, bilik əsaslı iqtisadiyyata keçidin əhəmiyyətini qeyd edib. Universitet-Dövlət-Sənaye birliyinin faydalarına diqqət çəkən Ə.Muradov deyib ki, təhsilin keyfiyyətinin artırılması sırf real sektorla əməkdaşlıqdan keçir.

"Yüksək Texnologiyalar Parkı"nın direktoru Tural Kərimli MMC-nin biliklərə əsaslanan iqtisadiyyatın qurulması, innovasiyalı iqtisadiyyatın inkişafı, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiya sahələrinin genişləndirilməsi və s. kimi vəzifələr daşıdığını diqqətə çatdırıb. Direktor ölkəmizin enerji ixrac edən ölkədən texnologiya ixrac edən ölkəyə çevrilməsinin əsas hədəf olduğunu bildirib.


Xəbərə aid fotolar