Bankdan kredit götürüb Azərbaycana qaçan şəxs ölkəsinə qaytarıldı


Digərləri 30 Noy 2018 14:23:00 219 0

Bankdan kredit götürüb Azərbaycana qaçan şəxs ölkəsinə qaytarıldı

Bakı Ağır Cinayətlər Məhkəməsində İranda dələduzluqda təqsirləndirilən Mohommadreza Ahmadi öz ölkəsinə ekstradisiya edilməsi ilə bağlı Azərbaycan Ədliyyə Nazirliyinin verdiyi təqdimat üzrə məhkəmə prosesi başa çatıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Məhkəmə M.Ahmadinin İrana ekstradisiya olunması barədə qərar çıxarıb.

İttihama görə, İran vətəndaşı M.Ahmadi öz ölkəsində bankdan kredit götürərək qaytarmayıb. Təbriz Şəhər Məhkəməsi M.Ahmadi barəsində 2 il həbs qərarı çıxarıb və barəsində beynəlxalq axtarış elan olunub.

M.Ahmadi bu il Azərbaycanda saxlanılıb.