Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun büdcəsi qəbul edildi


Digərləri 30 Noy 2018 12:33:00 241 0

Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun büdcəsi qəbul edildi

Milli Məclisin bu gün keçirilən plenar iclasında Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun büdcəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, "Sosial təminatı və sosial müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında" qanun layihəsinə əsasən Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 3 928,1 mln. manat həcmində proqnozlaşdırılıb. Bu da 2018-ci ilin müvafiq proqnoz göstəricisindən 349,3 mln. manat və ya 9,8% çoxdur.