Külək 76 ağacı aşırdı - Daha çox Yasamal və Nəsimi rayonlarında


Digərləri 30 Noy 2018 11:29:58 204 0

Külək 76 ağacı aşırdı - Daha çox Yasamal və Nəsimi rayonlarında

Ötən gündən paytaxtda əsən güclü külək şəhərin müxtəlif yerlərində fəsadlar yaradıb.

Bakı. Ceyhun Ələkbərov - Ötən gündən paytaxtda əsən güclü külək şəhərin müxtəlif yerlərində fəsadlar yaradıb. Baki Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədovun Trend-ə verdiyi məlumata görə, bu saata qədər paytaxtda müxtəlif ünvanlarda 76 ağac aşması faktı ilə bağlı müraciətlər daxil olub: “Dünəndən bu günə şəhərin müxtəlif yerlərindən, əsasən Yasamal və Nəsimi rayonlarından ağac aşması ilə bağlı müraciətlər daxil olub. Bitkilərin mühafizəsi şöbəsi gücləndirilmiş iş rejimində fəaliyyət göstərərək gecə saat 03:00 radələrinə qədər hər bir ünvana əməkdaşlar cəlb edib, bütün fəsadlar aradan qaldırılıb. Bu saata qədər müraciətlər daxil olmuş ərazilərin 99 faizi aşan ağaclardan təmizlənib. Aşan ağaclar ətrafda olan maşınlara ziyan vurmayıb”.