Gürcüstandan gələn avtomobildə pirotexniki vasitələr aşkarlanıb (FOTO)


Digərləri 30 Noy 2018 11:10:43 268 0

Gürcüstandan gələn avtomobildə pirotexniki vasitələr aşkarlanıb (FOTO)

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olmuş məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan qayıdan, Azərbaycan vətəndaşının idarə etdiyi "Mercedes Benz" markalı avtomobil saxlanılıb.

Bakı. Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olmuş məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan qayıdan, Azərbaycan vətəndaşının idarə etdiyi "Mercedes Benz" markalı avtomobil saxlanılıb. Dövlət Gömrük Komitəsindəın Trend-ə verilən məlumata görə, şifahi sorğu-sual zamanı vətəndaş nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama zamanı avtomobilin arxa söykənəcəyin arxasında üzərində "Picolla Corsar" yazısı olan 1300 qutu pirotexniki vasitələr aşkarlanıb.