Azərbaycanda içərisində ərəb turistlərin də olduğu avtomobil qəzaya düşdü:


Digərləri 30 Noy 2018 10:31:00 217 0

Azərbaycanda içərisində ərəb turistlərin də olduğu avtomobil qəzaya düşdü:

Şəkidə xəsarətlə nəticələnən yol qəzası baş verib.

Son.az report-a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Şəki-Marxal avtomobil yolunda qeydə alınıb.

Hələlik şəxsiyyətləri məlum olmayan sürücülərin idarə etdikləri iki avtomobilin toqquşması nəticəsində 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

İçərisində ərəb turistlərin də olduğu yol qəzası zamanı xəsarət alan şəxslərin kimlikləri hələlik məlum deyil.

Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırmalara başlanılıb.