Milli Məclis bu gün büdcə müzakirələrini yekunlaşdıracaq


Digərləri 30 Noy 2018 10:17:00 203 0

Milli Məclis bu gün büdcə müzakirələrini yekunlaşdıracaq

Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək.

Son.az Trend-ə istinadən xəbər verir ki, iclasda "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında" qanun layihəsi yekun müzakirəyə (üçüncü oxunuş) çıxarılacaq.

İclasda həmçinin "Azərbaycan Respublikasında 2019-cu il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihəsi, "Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında" qanun layihəsi yekun müzakirələrə çıxarılacaq.