2018ci ilin ən yaxşı filminin adı açıqlandı


Digərləri 30 Noy 2018 07:14:00 216 0

2018ci ilin ən yaxşı filminin adı açıqlandı

ABŞ-ın Milli Kino Tənqidçiləri Şurası 2018-ci ilin ən yaxşı filmini müəyyən edib.

Son.az "ölkə.az"-a istinadən bildirir ki, rejissor Piter Farrellinin "Yaşıl kitab" filmi 2018-ci ilin ən yaxşı filmi seçilib. Bu barədə şuranın internet səhifəsində məlumat yerləşdirilib.

Şuranın prezidenti Enni Şulhof qeyd edib ki, komediya dram janrında çəkilən filmdə dostluğa isti və toxunan baxış var.

İlin ən yaxşı rejissoru "Ulduz doğuldu" filminin rejissoru Bredli Kuper seçilib. Filmdəki baş rol ifaçısı Ledi Qaqa isə ən yaxşı aktrisa seçilib.