Havay sakini yalançı raket həyəcanından infarkt keçirdiyinə görə ştatın administrasiyasını məhkəməyə verib


Digərləri 30 Noy 2018 06:30:00 265 0

Havay sakini yalançı raket həyəcanından infarkt keçirdiyinə görə ştatın administrasiyasını məhkəməyə verib

ABŞ-ın Havay ştatı administrasiyasının bu ilin yanvarında səhvən raket hücumuna dair elan etdiyi həyəcan siqnalından sonra bu əyalətin infarkt keçirən sakini Ceyms Şilds iddia ərizəsi ilə məhkəməyə müraciət edib.

Xatırladaq ki, 2018-ci il yanvarın 13-də Havay adalarının Fövqəladə Hallar Agentliyi adalara ballistik raketlərin yaxınlaşdığı barədə sakinlərə yanlış informasiya göndərib. Məlumat sakinlərin mobil telefonlarına daxil olan bildiriş vasitəsilə çox sürətlə yayılıb. Səhvin düzəldilməsi və bu bildirişin yanlış həyəcan olduğu barədə təkrar xəbərdarlıq edilməsi isə 38 dəqiqədən sonra baş verib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, iddia ərizəsinə görə, Ceyms Şilds və onun rəfiqəsi Brenda Reyçel məlumatı çimərliyə gedərkən alıblar. Sağ qurtulmaq şansının olmayacağı qənaətinə gələn Şilds uşaqlarına zəng edib və birlikdə öləcəkləri düşüncəsi ilə onları da çimərliyə çağırıb. Lakin çimərliyə çatmamış ürəyində kəskin ağrılar hiss edən Havay sakinini xəstəxananın reanimasiya şöbəsinə aparıblar. Həkimlər Şildsə miokard infarktı diaqnozu qoyublar.