Qazaxıstanda havanın temperaturu xeyli aşağı düşüb


Dünya 30 Noy 2018 02:30:00 270 0

Qazaxıstanda havanın temperaturu xeyli aşağı düşüb

Son günlər Qazaxıstanın Akmola, Pavlodar, Cənubi Qazaxıstan, Karaqanda, Qərbi Qazaxıstan və Kustanay vilayətlərində havanın temperaturu xeyli aşağı düşüb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, noyabrın 29-dan dekabrın 1-dək ayrı-ayrı vilayətlərdə qasırğa, şaxta, güclü qar, yolların buz bağlaması haqda xəbərdarlıq edilib. Noyabrın 29-da Astana məktəblərində ikinci növbədə oxuyan şagirdlərin dərsləri təxirə salınıb.