Misirli futbolçu it və pişiklərlə bağlı mübahisəyə qoşulub


Digərləri 29 Noy 2018 23:05:00 231 0

Misirli futbolçu it və pişiklərlə bağlı mübahisəyə qoşulub

Misirli futbol ulduzu, İngiltərənin Liverpool komandasının hücumçusu Məhəmməd Salah Misirdə evsiz itləri və pişikləri ixrac etmək planlarına qarşı çıxıb.

Ehtiyat olunur ki, həmin heyvanlardan qida kimi istifadə oluna bilər.

"Pişiklər və itlər heç yerə ixrac olunmayacaq. Bu, olmayacaq və ola da bilməz", - Salah Twitter hesabında yazıb.

Heyvanların hüquqlarını müdafiə fəallarını bu qərar hiddətləndirib, çoxları bu təcrübəyə son qoyulmasını tələb edir.

Misir küçələrində evsiz it və pişiklər çoxdur.

Qalmaqal ötən həftə Misirin Kənd Təsərrüfatı Nazirliyinin 4000 it və pişiyin xaricə göndərilməsinə icazə verdiyi barədə xəbər yayıldıqdan sonra başlayıb.

Ötən çərşənbə Misirin özəl al-Masry al-Youm qəzeti bildirib ki, təxminən 2400 pişik və 1600 itin ixracına başlamaq üçün nazirlik sağlamlıq sertifikatlarının verilməsi prosesinə start verib.

Bir gündən sonra nazirliyin sözçüsü Misirin TenTV televiziya kanalına bildirib ki, heyvanlar xəstəliklərə qarşı peyvəndlənib və qanuni prosedurlara uyğun olaraq hava yolu ilə daşına bilərlər.

Rəsmilər heyvanların hansı ölkələrə və nə məqsədlə göndəriləcəyini izah etməyiblər.

(adsgarden = window.adsgarden || []).push({});