Naxçıvanda yeni turizm bölgəsi yaradılıb


Digərləri 29 Noy 2018 21:51:00 270 0

Naxçıvanda yeni turizm bölgəsi yaradılıb

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov noyabrın 29-da Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinin yaradılması haqqında sərəncam imzalayıb.

Son.az "Report"a istinadən bildirir ki, əlverişli təbii-coğrafi şəraiti və havası, zəngin flora və fauna ehtiyatı olan Şahbuz rayonunun Ağbulaq kəndi dəniz səviyyəsindən 2000 metr yüksəklikdə yerləşir.

Bildirilir ki, kəndin fasiləsiz elektrik enerjisi ilə təmin olunması, təbii qaz xəttinin, telefon rabitəsinin və internetin mövcudluğu, yeni yolun çəkilməsi, məktəb binasının, kənd və xidmət mərkəzlərinin, tibb məntəqəsinin tikilib istifadəyə verilməsi kəndin turizm imkanlarını xeyli artırıb.