Allahın xüsusi bəndələrinin


Digərləri 29 Noy 2018 21:10:00 227 0

Allahın xüsusi bəndələrinin

Qurani-Kərimdə buyurulur: "Rəhman (olan Allah)ın (həqiqi) bəndələri yer (üzün)də sakit və təvazökarlıqla yol gedən və nadanlar (xoşagəlməz sözlərlə) onlara xitab edən zaman "salam" (xoş və yumşaq söz) deyən kəslərdir. Və o kəslər(dir) ki, gecəni Rəbblərinin qarşısında səcdə edən və dayanan halda gündüz edərlər. Və o kəslər(dir) ki, "ey Rəbbimiz, cəhənnəm əzabını bizdən dəf et, ki, həqiqətən onun əzabı (cəhənnəm əhli üçün) ayrılmaz və həmişəlikdir" deyərlər.

Şübhəsiz, cəhənnəm pis yer və pis məskəndir. Və o kəslər ki, (Allah yolunda) xərcləyən zaman nə israf edərək həddi aşar, nə də simiclik göstərərək həddən aşağı enərlər, (onların əməli) bu iki yolun arasında orta həddə və ədalətli olar.

Və o kəslər ki, Allahla birgə başqa məbud çağırmır, Allahın möhtərəm və toxunulmaz etdiyi canı (qisas, şəri cəza və sairə kimi) haqq (qətllər) istisna olmaqla, öldürmür və zina etmirlər. Kim bunları etsə, (ağır) bir cəza ilə qarşılaşar". ("Furqan" 63-68).

Bu mübarək ayələrdə Allahın xüsusi bəndələrinin 5 xüsusiyyəti bəyan edilmişdir ki, onlara diqqət edək və özümüzdə bu sifətləri gücləndirək:

1. Yer üzündə təkəbbürlə yol getməz və təvazökar olarlar. Allahın xüsusi bəndələri özlərini əxlaqın rəzil sifətlərindən pak edir və nəfslərinin islahı ilə məşğul olurlar. Son.az deyerler.org-a istinadən bildirir ki, ona görə də heç bir zaman təkəbbür etməz və lovğalanmazlar. Əksinə, çox təvazökar və sadə insanlar olarlar.