Daimi iş və ya gəliri olmayan kişilər zorakılığa daha çox meyilli olur


Digərləri 29 Noy 2018 19:44:00 358 0

Daimi iş və ya gəliri olmayan kişilər zorakılığa daha çox meyilli olur

Azərbaycan kişilərinin törətdiyi zorakılıqların bütün formalarının bağlı olduğu amillər açıqlanıb.

Son.az Report-a istinadən xəbər verir ki, "UNFPA/AQUPDK (2018) Azərbaycanda gender bərabərliyi və gender münasibətləri: mövcud vəziyyət və imkanlar. Kişilərin Gender Bərabərliyinə Münasibətinə dair Tədqiqatın nəticələri üzrə Hesabat"da kişilərin zorakılıq törətməsinə səbəb olan ilk amillərdən biri analarına qarşı zorakılığın şahidi olma və uşaqlıqda fiziki zorakılığa məruz qalma halları ilə rəsmi və ya qeyri-rəsmi nikahda olduğu şəxs tərəfindən törədilən zorakılıq arasında bağlılıq müşahidə olunur və bu nəticə dünyanın müxtəlif yerlərində zorakılığın nəsillərarası zərərli təsiri ilə bağlı aparılmış tədqiqatların nəticələri ilə üst-üstə düşür.

GEM şkalasına əsasən, gender bərabərliyini daha az dəstəkləyən, xüsusilə də qadınlara qarşı zorakılıq barədə bəzi fikirlərin tərəfdarı olan kişilər rəsmi və ya qeyri-rəsmi nikahda olduğu şəxslərə qarşı daha çox zorakılıq törədən şəxslərdir.

İqtisadi təzyiq də sözügedən amillər sırasındadır. Maliyyə çətinlikləri olan və daimi iş və ya gəlirin olmaması səbəbindən stress və psixoloji sarsıntı keçirən kişilər zorakılığa daha çox meyilli olur.