"Qonşunun arvadını oyadıb 150 manat pul istədim"


Digərləri 29 Noy 2018 18:24:00 197 0

"Qonşunun arvadını oyadıb 150 manat pul istədim"

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən 2000-ci il təvəllüdlü Cavid Əhmədovun məhkəməsi davam etdirilib. 

Son.az oxu.az-a istinadən xəbər verir ki, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib. 

C.Əhmədov elan olunmuş ittihamla özünü təqsirli bilib. 

O deyib ki, həmin gün qonşusunun ad günündə iştirak edib və orada çoxlu miqdarda spirtli içki qəbul edib:

"Anamla tək qalırdım, həmin gün bekarçılıqdan ürəyim sıxılırdı, çox darıxırdım. Evdən suvenir xəncəri götürüb həmin evə getdim. Elə bilirdim ki, orada heç kim yaşamır. Pəncərədəki "setka"nı cırıb içəri girdim. Qadının yatdığını gördüm və onu oyadıb, 150 manat pul istədim.