Bakıda həbsdə olan qızına spirtli içki aparan


Digərləri 29 Noy 2018 16:40:00 229 0

Bakıda həbsdə olan qızına spirtli içki aparan

Bakıda özünü MTN əməkdaşı kimi təqdim edərək dələduzluq edən Aygün Akimovanın anası Dilarə Akimovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Son.az report-a istinadən xəbər verir ki, cinayət işi baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilib və hakim İbrahim İbrahimlinin icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının dekabrın 12-nə təyin edilib.

Qeyd edək ki, Penitensiar Xidmətin ötən ay yaydığı məlumata əsasən, 4 saylı cəzaçəkmə müəssisəsinə qadağan olunmuş maddənin keçirilməsi cəhdinin qarşısı alınıb.

Belə ki, Cinayət Məcəlləsinin 178.3.2; 310 və 66.3-cü maddələrinə əsasən məhkum olunan Akimova Aygün Bəxtiyar qızının yanına anası, Bakı şəhər sakini Akimova Dilarə Yusif qızı qısamüddətli görüşə gəlib. D.Akimova tərəfindən gətirilən sovqata baxış keçirilən zaman "Nabeghlavi" adlı plastik su qabında kustar üsulla hazırlanmış spirtli maye aşkar edilib.