Məşhur hind aktrisa sarayda toy etdirəcək FOTO


Digərləri 29 Noy 2018 16:04:00 523 0

Məşhur hind aktrisa sarayda toy etdirəcək  FOTO

Populyar hind aktrisa Priyanka Çopra sevgilisi, müğənni Nik Conasla toya hazırlaşır.

Son.az TMZ-yə istinadən bildirir ki, 36 yaşlı aktrisa ilə 26 yaşlı amerikalı müğənni artıq Hindistanın Mumbay şəhərindədir. Onları ailə üzvləri və qohumları müşayiət edirlər.

Müğənninin qardaşı, 29 yaşlı Co Conas sevgilisi, 22 yaşlı Sofi Törnerlə Mumbaydakı otellərdən birində bərqərar olublar.

Dünən axşam saatlarında Mumbaydakı "Estella" Avstraliya mətbəxi restoranında toyqabağı şam yeməyi olub. Yeməkdə Co Conas, Sofi Törner, habelə Priyanka Çopranın əmisi qızı Parinetti Çopra da iştirak ediblər.

Toydan bir gün əvvəl "mehendi" mərasimi keçiriləcək, mahnı sədaları altında Priyankanın əllərinə və ayaqlarına xına çəkilib. Hind adətlərinə görə, gəlinin əllərində və qollarındakı mehendinin rəngi nə qədər tünd olarsa, əri onu bir o qədər çox sevəcək.

Priyanika Çopra ilə Nik Conas bu ilin may ayında görüşməyə başlayıblar, avqustda nişanlanıblar.