Zurabişvili hazırkı prezident iqamətgahından imtina edəcək


Dünya 29 Noy 2018 14:01:00 216 0

Zurabişvili hazırkı prezident iqamətgahından imtina edəcək

Gürcüstanda ötən gün keçirilmiş prezident seçkilərinin ikinci turunda səs çoxluğu ilə qalib gələn Salome Zurabişvilinin Tbilisinin Avlabar rayonunda yerləşən hazırkı prezident iqamətgahından imtina edəcəyi gözlənilir.

Son.az report-a istinadən xəbər verir ki, S.Zurabişvilinin seçkiöncəsi proqramında onun Tbilisinin Atoneli küçəsindəki prezident sarayında yerləşəcəyi qeyd olunub.

S.Zurabişvilinin inauqurasiyasının isə dekabrın 16-da keçiriləcəyi gözlənilir.

Gürcüstan Konstitusiyasına əsasən, yeni prezidentin andiçmə mərasimi və dövlət başçısı vəzifəsinin icrasına başlaması prezident seçildiyi gündən sonra üçüncü bazar gününə təyin olunur.