Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yanında İctimai Şura yaradılıb FOTO


Digərləri 29 Noy 2018 13:04:00 324 0

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yanında İctimai Şura yaradılıb  FOTO

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında İctimai Şura yaradılıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, Şurada 15 qeyri-hökumət təşkilatı və sıralarında yüzlərlə sahibkarı birləşdirən assosiasiyalar təmsil olunur. İctimai Şuranın yaradılmasında məqsəd Agentlikdə ictimai iştirakçılığın gücləndirilməsi, kiçik və orta biznesin inkişafı ilə bağlı görülən tədbirlər və KOBİA-nın fəaliyyəti üzərində ictimai nəzarətin təmin olunması, Agentlik ilə ictimaiyyət, o cümlədən biznes ictimaiyyəti arasında qarşılıqlı əlaqələrin genişləndirilməsidir.

Noyabrın 29-da sahibkarların, vətəndaş cəmyyəti institutlarının və media nümayəndələrinin iştirakı ilə Agentlik yanında İctimai Şuranın yaradılmasına dair tədbir keçirilib. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, qarşısında qoyulmuş vəzifələrin yerinə yetirilməsi məqsədilə bir sıra strateji təşəbbüslər reallaşdırmaqdadır. Bu təşəbbüslərin həyata keçirilməsi zamanı vətəndaş cəmiyyəti institutları ilə sıx əlaqələrin qurulması fəaliyyətimizin başlıca istiqamətlərindəndir. Qeyd olunub ki, fəaliyyətə başlamasından az müddət keçməsinə baxmayaraq, Agentlik yanında İctimai Şuranın yaradılması cəmiyyət - sahibkar - dövlət orqanları arasında sağlam münasibətlərin qurulmasına verilən önəmin göstəricisidir. KOBİA fəaliyyətinə ictimai nəzarətin təmin olunması, qurumun fəaliyyəti barədə işgüzar dairələrin məlumatlandırılması, Agentliyin fəaliyyət istiqamətləri üzrə ictimai fikrin öyrənilməsində xüsusilə maraqlıdır. Orxan Məmmədov qeyd edib ki, İctimai Şura Agentliyin fəaliyyəti və göstərdiyi xidmətlər haqqında cəmiyyətin, o cümlədən biznes dairələrin məlumatlandırılması istiqamətində effektiv tədbirlər həyata keçirəcək, sahibkarların rəy və təkliflərini araşdıracaq, xidmətlərimizin şəffaflığı sahəsində ictimai rəyi təhlil edəcək və bu sahədə olan inkişaf çağırışlarını Agentliyə çatdıracaq, tövsiyələr hazırlayacaq, təkliflər verəcəkdir.Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yanında İctimai Şuranın işgüzar ruhda fəaliyyət göstərəcəyini, kiçik və orta biznesin inkişafı sahəsində görülən tədbirlər üzərində ictimai nəzarətin təmin edilməsi, cəmiyyət-sahibkar-dövlət orqanları münasibətlərində daha səmərəli tədbirlərin həyata keçirilməsinə dəstək olacağını qeyd edən Orxan Məmmədov İctimai Şuranın fəaliyyətinə uğurlar arzulayıb.


Xəbərə aid fotolar