Aygün modelyerinin tələbini yerinə yetirdi


Şou-biznes 29 Noy 2018 11:13:00 343 0

Aygün modelyerinin tələbini yerinə yetirdi

Xalq artisti Aygün Kazımova dekabrın 1-də və 2-də keçiriləcək konsertləri üçün uzun müddətdir ciddi hazırlaşır.  Son.az axşam.az-a istinadən xəbər verir ki, hər gün məşq edib, idmanla məşğul olan müğənni gecə üçün maraqlı şoular hazırlayıb.  David Vandetta ilə səhnəyə çıxacaq Kazımova arıqlamaq üçün əlindən gələni edir. Aygünün yeni fotoları izləyicilərini təəccübləndirib. Müğənni yenə də xeyli çəki atıb.  O, modelyeri Rüfət İsmayılın ona qoyduğu şərtə əməl etmək üçün 36 bədən ölçüsünə çatmağa çalışıb və buna nail olub. Belə ki, modelyer konsert üçün Kazımovaya libaslar hazırlayıb. Rüfət ifaçıya şərt qoyub ki, paltarları geyinmək üçün arıqlamalıdır.

Son.az 


Xəbərə aid fotolar